Bakıda avtomobillərdən və evlərdən 40 min manatlıq oğurluq edilib
Xəzər rayonu və paytaxtın digər ərazilərində 9 avtomobilin şüşəsinin sındırılaraq oğurluqların edilməsi barədə polisə məlumat daxil olub.
Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əməli törətməkdə şübhəli bilinən Əli Cəbrayılov saxlanılıb.
Xəzər RPİ əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə müxtəlif ünvanlarda yerləşən 7 evdən oğurluq edən Kamal Mustafayev, Rüfət Kərimov, Rəfail Quliyev və dəstənin üzvü olan bir qadın saxlanılıb.
Qeyd edək ki, dəstə üzvləri zərər çəkən ev sahiblərinə ümumilikdə 40 min manat maddi ziyan vurublar.
Araşdırmalar aparılır.
Oxşar xəbərlər
Bakıda evdən 8 min manatlıq oğurluğa görə 3 nəfər saxlanılıb
Nardaranda evdən 20 min manatlıq oğurluq olub
Babək rayonunda evdən 9 min manat oğurlanıb
Bakıda evdən 10 min manatlıq oğurluq edilib
Sumqayıt və Abşeronda 26 min manatlıq oğurluq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













