AzTv-nin əməkdaşları CNN-in təcrübəsini öyrənmək üçün Portuqaliyaya səfər edib - VİDEO
sizinxeber.az xəbər saytı

AzTv-nin əməkdaşları CNN-in təcrübəsini öyrənmək üçün Portuqaliyaya səfər edib - VİDEO


Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin 15 nəfərdən ibarət heyəti Portuqaliyada səfərdədir.

Bu barədə Sizinxeber.az-ya AzTv-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərin məqsədi CNN kanalının istər texniki, istərsə də yaradıcılıq baxımından yayım təcrübəsini öyrənməkdir.

Heyətə AzTV xəbər komandasının aparıcı, redaktor, montajçı və prodüser heyəti, həmçinin QSC-nin texniki heyəti daxildir.

Səfər 5 gün davam edəcək və bu müddət ərzində AzTV komandası, xüsusən də aparıcılar CNN-in Xəbər studiyasında praktiki çəkilişlərdə iştirak edəcək, texniki avadanlıqları sınaqdan keçirəcəklər.

Oxşar xəbərlər

AzTV öhdəliklərini 37 % azaldıb
AzTV auditor seçib
AzTV-nin keçmiş Baş proqram direktoru İlham Alışanov vəfat edib
MEDİA və AzTV-nin birgə layihəsi olan "MEDİALAB” televiziya proqramına start verilib
AEBA-nın texniki heyəti yaxın həftələrdə Tehrana səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər