Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
sizinxeber.az xəbər saytı

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib


Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib.

Mərkəzdən Sizinxeber.az-ya verilən məlumata görə, imtahan Bakı, Sumqayıt və Abşeronda təşkil olunub. İmtahan saat 10:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.

İyunun 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 4 həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları və test tapşırıqlarının izahı ilə müvafiq hiperkeçidlərdə tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Magistraturaya qəbul imtahanı keçirilib
Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirilib
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
Bu gün keçirilən imtahandakı test tapşırıqlarının cavabları sabah DİM-in saytına yerləşdiriləcək
Magistraturaya qəbul imtahanında 15 mindən çox şəxs iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər