Sumqayıtda qadın qətlə yetirilib, əri saxlanılıb - YENİLƏNİB
Sumqayıt şəhərində yerləşən evlərin birində yanvarın 29-da saat 5 radələrində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli "Sizinxeber.az"un yerli bürosuna bildirib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun əri, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ağabala Babışov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Sumqayıt şəhərində qətl hadisəsi törədilib.
“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, hadisə 12-ci mikrorayon, bina 35, mənzil 21-də qeydə alınıb.
Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Babışova Səbinə Seymur qızı qətlə yetirilib.
Ona xəsarət yetirməkdə əri A.Babışov şübhəli bilinir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sabirabadda qadın qətlə yetirilib
Mingəçevirdə 45 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb
Bərdədə 22 yaşlı şəxs qətlə yetirilib, 16 yaşlı gənc saxlanılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
