Bərdədə 22 yaşlı şəxs qətlə yetirilib, 16 yaşlı gənc saxlanılıb - YENİLƏNİB
Bərdədə qətli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətindən "Sizinxeber.az"un Qarabağ bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseynov Mirsaleh Firdovsi oğlu saxlanılıb.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, saat 21 radələrində rayonu ərazisindəki qəbristanlıqda 2002-ci il təvəllüdlü Hüseynov Bəhmən Bəxtiyar oğlu kəsici alətlə qətlə yetirilib.
Saat 21 radələrində Bərdə rayonu ərazisindəki qəbristanlıqda 2002-ci il təvəllüdlü Hüseynov Bəhmən Bəxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə “Sizinxeber.az”a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Bərdədə qəbiristanlıqda 22 yaşlı gənc qətlə yetirilib
Bərdədə 22 yaşlı gənc qətlə yetirilib
Sabirabadda qadın qətlə yetirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
