Arayik Arutyunyan: "Sağlamlıqla bağlı problem olduqda təcridxanada həll olunur"
“Sağlamlıqla bağlı problem olduqda təcridxanada həll olunur".
APA xəbər verir ki, bunu bu gün keçirilən məhkəmə prosesində Arayik Arutyunyan deyib.
Təqsirləndirilən Arayik Arutyunyan digər təqsirləndirilənlərdən fərqli olaraq ev dustaqlığına buraxılması barədə vəkili və ya özü tərəfindən vəsatət verilmədiyini, eləcə də səhhəti ilə bağlı şikayətinin olmadığını qeyd edib: "Ümumiyyətlə, digər təqsirləndirilən şəxslərdən sağlamlıqları ilə bağlı şikayət eşitməmişəm”.
Qeyd edək ki, bu gün Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.
Prosesdə təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər.
İttiham olunanlar Arkadi Qukasyan, Bako Sahakyan, Melikset Paşayan, Davit Allahverdiyan vəsatətlərin təmin olunaraq ev dustaqlığına buraxılmalarını xahiş edib.
Digər təqsirləndirilən şəxslər vəsatətin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxıb.
Məhkəmənin növbəti iclası yanvarın 27-də keçiriləcək və həmin prosesdə vəsatətlərlə bağlı qərarlar elan olunacaq.
Oxşar xəbərlər
Kamran Əliyev: Hərbi cinayətlərdə ittiham olunanların məhkəməsi ölkə qanunları və beynəlxalq konvensiyalara uyğun keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev: Hərbi cinayətlərdə ittiham olunanların məhkəməsi ölkə qanunları və beynəlxalq konvensiyalara uyğun aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlərdə təqsirləndirilən Araik Arutyunyan və digərlərinin məhkəməsi davam etdirilir - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlərdə təqsirləndirilən Araik Arutyunyan və digərlərinin məhkəməsi davam etdirilir - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlərdə təqsirləndirilən Araik Arutyunyan və digərlərinin məhkəməsi bu gün davam edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












