Siyəzəndə oğurluq faktlarına görə dörd nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Siyəzəndə oğurluq faktlarına görə dörd nəfər saxlanılıb


Siyəzəndə 12 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Murad Muradov və Yavər Umudov saxlanılıb.

"Sizinxeber.az" xəbər verir ki, həmçinin, polisin keçirdiyi digər əməliyyat nəticəsində Azay Qurbanov və tanışı Vüsal Qurbanov saxlanılıb.

Araşdırmalarla onların müxtəlif vaxtlarda rayon ərazisində “Man” markalı yük avtomobillərindən akkumulyator və bir evdən oğurluq etdikləri müəyyən olunub.

Faktlarla bağlı Siyəzən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Hacıqabulda xırdabuynuzlu heyvanlar oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
Saatlıda ev quşları və 10 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakıda evlərdən 11 min manat oğurlamaqda şübhəli bilinən silahlı şəxs saxlanılıb
Babək rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər