Təyyarə qəzasında həlak olan 13 yaşlı Məhəmmədəli Yeqanov Bakıda dəfn olunub - FOTO - YENİLƏNİB - VİDEO
Təyyarə qəzasında həlak olan 13 yaşlı Məhəmmədəli Yeqanov dəfn olunub.
APA xəbər verir ki, onunla Xətai rayonunda keçirilən vida mərasimi başa çatandan sonra mərhum Sabunçu rayonunda tatar qəbiristanlığında torpağa tapşırılıb.
***
12.14
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 13 yaşlı Məhəmmədəli Fərid oğlu Yeqanovun nəşi Bakıya gətirilib.
APA xəbər verir ki, Məhəmmədəli Yeqanovun nəşi Bakıya AZAL-a məxsus təyyarə ilə çatdırılıb.
Bu gün Məhəmmədəli Yeqanovla vida mərasimi keçirilib. Vida mərasimi Xətai rayonunda mərhumun yaşadığı evdə baş tutub. Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.
Mərhum Sabunçu rayonunda dəfn olunacaq.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Oxşar xəbərlər
Aviaqəzada həlak olan futbolçunun bibisi: "Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında həlak olan Məhəmmədəli futbolçu imiş [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında vəfat edən “Gənclik” futbol klubunun üzvü ilə vida mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzaya uğrayan təyyarədə həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avtoqəzada həlak olan hərbçi Nihad Namazovun nəşi Tovuz rayonuna gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












