Təyyarə qəzasında həlak olan Məhəmmədəli futbolçu imiş
Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlar arasında gənc futbolçu da olub.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat Xidməti məlumat yayıb.
13 yaşlı Məhəmmədəli Eqanov Bakının "Gənclik" klubunda çıxış edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer" tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda bir günlük matəm elan edilib.
Oxşar xəbərlər
Böyük Britaniyanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib
Səudiyyə Ərəbistanı kralı və vəliəhd şahzadəsi təyyarə qəzası ilə əlaqədar başsağlığı verib
Aviaqəzada həlak olanlardan biri Cəlilabad sakinidir
Küveyt əmiri Azərbaycana başsağlığı verib
Aktau sakinləri təyyarə qəzasında xəsarət alanlar üçün yenidən qan verməyə gəliblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













