Aviaqəzada həlak olan futbolçunun bibisi: "Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi"
Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi.
"Report" xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Bakının "Gənclik" klubunun 13 yaşlı futbolçusu Məhəmmədəli Eqanovun bibisi Zara İvanova vida mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
"Məhəmmədəli ilə sonuncu dəfə xeyli müddət əvvəl danışmışdım. Nəsə demək çox çətindir. Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi. Çox gözəl uşaq idi", - deyə mərhumun yaxını söyləyib.
Qeyd edək ki, Məhəmmədəli Eqanov Suraxanıda dəfn olunacaq.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Oxşar xəbərlər
Təyyarə qəzasında həlak olan Məhəmmədəli futbolçu imiş [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında ölən futbolçunun baş məşqçisi: "Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında ölən futbolçunun baş məşqçisi: "Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında vəfat edən “Gənclik” futbol klubunun üzvü ilə vida mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












