Peskov: İstintaq başa çatana qədər təyyarənin qəzaya uğrama səbəbləri barədə fərziyyələr irəli sürmək düzgün deyil
Kreml istintaq başa çatana qədər AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması səbəbləri barədə fərziyyələr irəli sürməyi düzgün hesab etmir.
“Sizinxeber.az” "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada keçirilən brifinqdə təyyarənin atəşə tutulması barədə məlumatlara Kremlin münasibətinə dair jurnalistlərin sualını belə cavablandırıb.
"İstintaqın nəticələrinə qədər hər hansı fərziyyə irəli sürmək düzgün olmazdı. Əlbəttə ki, biz bunu etməyəcəyik və heç kim də bunu etməməlidir. İstintaqın başa çatmasını gözləmək lazımdır", - D.Peskov deyib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Onların 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Oxşar xəbərlər
Kreml ekspertizanın nəticəsi elan olunmayana qədər təyyarə qəzasının səbəblərini şərh etməyəcək
Moldova Prezidenti AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib
Belçika səfiri AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib
Vladanka Andreyeva Azərbaycana başsağlığı verib
Qazaxıstanda təyyarənin qəzaya uğradığı yerdə qara qutu tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













