sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Belçika səfiri AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib
Belçika Krallığının Bakıdakı səfiri Julyen de Frepon (Julien de Fraipont) AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə o, "X"də yazıb.
"Qazaxıstanda təyyarə qəzası xəbəri məni şoka saldı və kədərləndirdi. Biz həlak olanların ailələri ilə həmrəyik", - diplomat qeyd edib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-i qəzadan sağ çıxıb.
Oxşar xəbərlər
Vladanka Andreyeva Azərbaycana başsağlığı verib
Fransa səfirliyi Azərbaycana başsağlığı verib
Ersin Tatar təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib
TDT Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib
Rumıniya XİN Aktaudakı təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













