Hacıqabulda subasmaya məruz qalmış bir sıra ərazilər təmizlənib, 11 nəfər təxliyə edilib
İntensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, ötən gündən başlayan əməliyyat gecə saatlarında da fasiləsiz olaraq davam etdirilib.
Əməliyyat nəticəsində subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin olunub.
Həmçinin, Nazirliyin qüvvələri tərəfindən köməyə ehtiyacı olan 3-ü uşaq olmaqla ümumilikdə 11 nəfər, o cümlədən tibbi yardıma ehtiyacı olan 1 nəfər təxliyə olunub.
Hazırda Nazirliyin Mülki müdafiə qoşunları və Muğan Regional Mərkəzinin qüvvələrinin cəlb olunduğu əməliyyat davam etdirilir.
Oxşar xəbərlər
Naxçıvanda intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Mülki müdafiə qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı və Gəncədə bəzi əraziləri yağış suları basıb, Sumqayıtda külək fəsadlara yol açıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə və Göygöldə fərdi yaşayış evlərinin zirzəmiləri subasmaya məruz qalıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda son durum: Yağış ciddi fəsadlar törədib - RƏSMİ AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












