Qobustan qəsəbəsindəki açıq ərazidə qamışlıq yanıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
APA nazirliyə istinadən zəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qamışlıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına, o cümlədən yaxınlıqdakı fərdi yaşayış evləri və məktəb binasına keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 1ha sahədə qamışlıq ərazi yanıb.
Yaxınlıqdakı məktəb binası və fərdi yaşayış evləri yanğından mühafizə olunub. Eyni zamanda, yanğınsöndürənlər tərəfindən 20 baş iribuynuzlu heyvan yanğından xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Qobustan qəsəbəsindəki açıq ərazidə qamışlıq yanıb - VİDEO
Qobustan qəsəbəsində 1 hektar ərazi yanıb
Goranboy rayonunda yanğın baş verib - VİDEO
Səbaildə açıq sahədə yanğın tam söndürülüb - YENİLƏNİB-1 - VİDEO
Zəngilanın Şəfibəyli kəndində 120 hektar sahədə kol-kos, biçilmiş taxıl sahəsi yanıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













