Bakıda moped minik avtomobilinə, digər maşın isə onlara çırpılıb
sizinxeber.az xəbər saytı

Bakıda moped minik avtomobilinə, digər maşın isə onlara çırpılıb


Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az xəbər verir ki, moped Abbas Mirzə Şərifzadə küçəsi ilə hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobilinə arxadan çırpılıb

Daha sonra digər “Toyota Prius” avtomobili qəzaya uğrayan nəqliyyat vasitələrinə dəyib.

Hadisə nəticəsində mopedin sürücüsü və sərnişini xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəmkirdə minik maşını ağaca çırpılıb, sürücü ağır xəsarət alıb
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər