Gəncədə xəstəxananın mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və Hüseynov Vüsal Vidadi oğlunun məhkəməsi başlayır.
“Sizinxeber.az” xəbər verir ki, istintaqı tamamlanan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Abdulla Məmmədovun icraatına verilib.
Qeyd edək ki, rəsmi məlumatda Vidadi Hüseynov Məhəbbət Abdullayev və digərləri ilə əlbir olaraq işə gəlməyən çoxsaylı işçinin əməkhaqqı kartlarını özündə saxladığı və həmin kart hesablarına 2021-2024-cü illərdə köçürülmüş ümumilikdə 364 min manatdan artıq pul vəsaitini mənimsəməkdə şübhəli bilindiyi qeyd olunub.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə- külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə M.Abdullayev və V.Hüseynovun barəsində ev dustaqlağı növündə qətimkan tədbiri seçilib.
Daha sonra M.Abdullayevin barəsində seçilmiş ev dustaqlığının həbslə əvəz edilməsi üçün qərardan apellyasiya protesti verilib.
Oxşar xəbərlər
"Azərbaycan” Nəşriyyatının sabiq direktor müavinin oğlu dələduzluqda ittiham olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
