Baş Prokurorluğun idarə rəisi: Ağac kəsmə faktları ilə bağlı 850 min manata yaxın ziyan ödətdirilib
Qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalarla bağlı 850 min manata yaxın ziyan ödətdirilib.
APA xəbər verir ki, bu sözləri bu gün Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda Elmi-Praktiki Konfransda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bildirib.
Qeyd olunub ki, 2024-cü ildə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələrinə, KİV-də dərc olunan və müxtəlif dövlət qurumları tərəfindən qanunsuz ağackəsmə ilə bağlı verilmiş məlumata baxılmış, araşdırma dövründə 847.503 manat ziyanın ödənilməsi təmin edilmiş, 90 cinayət başlanılmış və aidiyyəti istintaq orqanlarına göndərilib.
"İdarə tərəfindən başlanmış 120 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və 49 təqdimatın əhəmiyyətli hissəsi ekoloji hüquqpozmalarla əlaqəli olmuşdur", deyə Elnur Musayev əlavə edib.
Oxşar xəbərlər
İdarə rəisi: Qanunsuz ağackəsmə faktları ilə bağlı 850 min manata yaxın ziyan ödətdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Prokurorluğun idarə rəisi: Ermənistan tərəfindən su resurslarımızın çirklənməsi ilə bağlı araşdırmalar davam etdirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidə iqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunması ilə bağlı konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi: Qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizə önəmlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












