İdarə rəisi: Qanunsuz ağackəsmə faktları ilə bağlı 850 min manata yaxın ziyan ödətdirilib
Qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalarla bağlı 850 min manata yaxın ziyan ödətdirilib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Şəkidə "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda Elmi-Praktiki Konfransda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bildirib.
Onun sözlərinə görə, bu il Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələrinə, KİV-də dərc olunan və müxtəlif dövlət qurumları tərəfindən qanunsuz ağackəsmə ilə bağlı verilmiş məlumata baxılmış, araşdırma dövründə 847.503 manat ziyanın ödənilməsi təmin edilib:
"90 cinayət başlanılmış və aidiyyəti istintaq orqanlarına göndərilib. İdarə tərəfindən başlanmış 120 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və 49 təqdimatın əhəmiyyətli hissəsi ekoloji hüquqpozmalarla əlaqəli olub".
Oxşar xəbərlər
Baş Prokurorluğun idarə rəisi: Ermənistan tərəfindən su resurslarımızın çirklənməsi ilə bağlı araşdırmalar davam etdirilir
BPA-nın Baş katibi: 400-dən çox xarici qonaq Azərbaycana səfər edəcək
İdarə rəisi: Ermənistanın su resurslarımızı çirkləndirməsi ilə bağlı araşdırmalar davam etdirilir
Şəkidə iqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunması ilə bağlı konfrans keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
