Ağcabədi və Hacıqabulda kanalda  iki nəfər batıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ağcabədi və Hacıqabulda kanalda iki nəfər batıb - YENİLƏNİB


Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində və Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində iki nəfər batıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb edilib.

Hazırda batdığı ehtimal olunan müvafiq olaraq 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlu və 2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

09:16

Ağcabədi rayonunda 17 yaşlı oğlan kanalda batıb.

"Sizinxeber.az" - un Qarabağ bürosunun məlumatına görə, hadisə Qarabağ kanalının rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, içkili vəziyyətdə olduğu ehtimal edilən kəndin 17 yaşlı sakini Anar Əmirov kanalda batıb.

A.Əmirovun axtarışına FHN-nin Aran Dalğıc Axtarış qrupu cəlb olunub.

Hazırda onun meyitinin kanaldan çıxarılması üçün axtarışlar davam etdirilir.

Oxşar xəbərlər

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb
Bərdədə 31 yaşlı kişi kanalda batıb
Ağdaşda bir nəfər kanalda batıb
Ağcabədidə kanalda batan 17 yaşlı oğlanın meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər