Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
sizinxeber.az xəbər saytı

Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib


Azərbaycan Güləş Federasiyasında (AGF) Tibb şöbəsinin növbəti iclası keçirilib.

"Sizinxeber.az" AGF-yə istinadən xəbər verir ki, tədbirdə federasiyanın baş katibi Pərvin Piriyev, baş katibin müavini Aydan Məmmədhəsənova, Azərbaycan İdman Akademiyasının İdman tibbi tədqiqatları laboratoriyasının meneceri Rauf Əliyev və federasiyanın tibbi personalı iştirak edib.

İclas zamanı idmançıların sağlamlığının qorunması və tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində bir sıra vacib məsələlər müzakirə olunub. Gündəlikdə vitaminizasiya prosesinin təşkili, vitaminlərin tətbiqinin protokollaşdırılması və bu istiqamətdə iş bölgüsünün müəyyənləşdirilməsi əsas mövzular sırasında yer alıb.

Bununla yanaşı, Azərbaycan İdman Akademiyası ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək fizioterapiya mərkəzinin hazır vəziyyətə gətirilməsi, mərkəzin fəaliyyət mexanizmi və iş prinsipləri ətrafında fikir mübadiləsi aparılıb. İclasda həmçinin güləşçilərin zədələrinin profilaktikası, müalicə və reabilitasiya prosesinin təşkili, tibbi nəzarətin gücləndirilməsi və digər aktual məsələlər müzakirə edilib.

Müzakirələr zamanı iştirakçılar tərəfindən müxtəlif təkliflər səsləndirilib, qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib və müvafiq qərarlar qəbul olunub.

AGF tərəfindən idmançıların sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin artırılması və müasir tibbi yanaşmaların tətbiqi istiqamətində işlər davam etdiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib
Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
Azərbaycan İdman Akademiyası UEFA tərəfindən dəstəklənən beynəlxalq layihəyə qoşulub
Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirilib
Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər