Husilər Qırmızı dənizdə İsrail gəmilərinə qadağa qoymaq niyyətindədir
sizinxeber.az xəbər saytı

Husilər Qırmızı dənizdə İsrail gəmilərinə qadağa qoymaq niyyətindədir


Yəmənin "Ənsar Allah" (Husilər) hərəkatı Qırmızı dənizdə İsrail gəmiçiliyinə qadağa qoyacağı ilə bağlı bəyanat yayıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti xəbər verir.

Qəzet qeyd edib ki, husilər bu bəyanatı regional eskalasiya və Qırmızı dənizdə marşrutların təhlükəsizliyi ilə bağlı yenidən güclənən narahatlıqlar fonunda verib.

Bundan başqa, bəyanatda husilərin İsrailə zərbə endirdiyi bildirilib.

Daha əvvəl husilər İsraillə əlaqəli gəmilərə, eləcə də İsrail limanlarına istiqamət alan gəmilərə hücum etməklə təhdid etmişdilər.

Oxşar xəbərlər

ABŞ bir həftə ərzində Yəmən ərazisinə 260 zərbə endirib
Husilər Qırmızı dənizdə ABŞ-nin aviadaşıyıcı gəmisinə növbəti dəfə hücum edib
Husilər Qırmızı dənizdə Britaniyaya məxsus tankerə zərbə endiriblər
Husilər İran-İsrail münaqişəsinə qoşulacağı təqdirdə ABŞ gəmilərinə hücum edəcək
KIV: Qırmızı dənizdə konteyner gəmisində yanğın baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər