Azərbaycanın Portuqaliyada Səfirliyinin təsis edilməsi növbədənkənar iclasa tövsiyə olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2026
12:00
0
0
1 186
ff aaaaaaa

Azərbaycanın Portuqaliyada Səfirliyinin təsis edilməsi növbədənkənar iclasa tövsiyə olunub

08 in, 2026
12:00
1 186

Azərbaycanın Portuqaliyada Səfirliyinin təsis edilməsi növbədənkənar iclasa tövsiyə olunub

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Azərbaycanın Portuqaliyada Səfirliyinin təsis edilməsini parlamentin növbədənkənar iclasına tövsiyə edib.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı komitənin iclası keçirilib.

Komitədə diqqətə çatdırılıb ki, "Azərbaycan Respublikasının Portuqaliya Respublikasında Səfirliyin təsis edilməsi haqqında" qanun layihəsinə əsasən inzibati bina Lissabon şəhərində olacaq.

Layihə komitə iclasında qəbul edilərək növbədənkənar iclasa tövsiyə edilib.

Qeyd edək ki, Portuqaliya Prezidenti Antoniu Joze Sequru iyunun 5-də azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı təbrik məktubunda Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasını iki tərəfli əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdı.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul