Azərbaycanla ABŞ-ın imzaladığı 8 mlrd. dollarlıq sazişlərin hansı sahələri əhatə etdiyi açıqlanıb
Azərbaycan təbii resurslar və böyük iqtisadi inkişaf potensialı baxımından möhtəşəm bir ölkədir. ABŞ-ın “Chevron” kimi şirkətləri neft və qaz sənayesinin əsas iştirakçılarından olub.
Bunu Sizinxeber.az-nın sualına cavab olaraq, ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr deyib.
Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında tərəfdaşlıq getdikcə güclənir və genişlənir. “Biz enerji sektoruna yatırımlarımızı daha da artırırıq. Eyni zamanda, bu möhkəm təməli daha böyük iqtisadi əməkdaşlıq platformasına çeviririk. Təkcə bu həftə ABŞ şirkətləri tərəfindən dəyəri 8 milyard dollardan çox olan sazişlər imzalanıb”.
Kaleb Orr qeyd edib ki, bu sazişlər müxtəlif sahələri əhatə edir və yalnız enerji sektoru ilə məhdudlaşmır: “Bu layihələr həm də Azərbaycandakı enerji sektoruna investisiya fondlarının cəlb olunmasını nəzərdə tutur. Prezident Trampın vasitəçiliyi ilə əldə olunan tarixi sülh sazişi çərçivəsində yaradılan “Trump Group for International Peace and Prosperity” təşəbbüsü də mühüm yer tutur. Bu, bizim də investisiya yatırdığımız tarixi infrastruktur dəhlizidir”.
ABŞ rəsmisi vurğulayıb ki, sözügedən dəhlizin multimodal xarakter daşıması gözlənilir: “Bu dəhliz yalnız sərnişin daşımalarını deyil, həm də enerji və rəqəmsal infrastrukturun ötürülməsini təmin edəcək. Hesab edirik ki, enerji sahəsi iqtisadi münasibətlərimizin dayandığı çox güclü təməldir. Lakin biz artıq bu çərçivədən kənara çıxaraq əməkdaşlığımızı daha da genişləndiririk”.
Kaleb Orr əlavə edib ki, iqtisadi dialoq ABŞ-ın Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək, ölkə iqtisadiyyatının strateji sektorlarına investisiyaları artırmaq və tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmaq istiqamətində qətiyyətli səylərinin göstəricisidir.
Oxşar xəbərlər
Azərbaycanla ABŞ arasında enerji tərəfdaşlığının perspektivləri müzakirə edilib
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
Azərbaycanın etibarlı platforma kimi mövqeyinin gücləndirilməsi istiqamətində ABŞ-la əməkdaşlıq potensialı müzakirə edilib
Dövlət katibinin köməkçisi: “Tramp Marşrutu” ilə Azərbaycana mövqeyini daha da gücləndirməkdə dəstək verə biləcəyik
Dövlət Departamenti: Azərbaycan və Ermənistanla imzalanan sənədlər ABŞ şirkətləri üçün perspektivləri genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib
