Tenderlərdə qalib gələrək leqallaşdırmada təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
sizinxeber.az xəbər saytı

Tenderlərdə qalib gələrək leqallaşdırmada təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub


Dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib gələrək əldə olunan pulları leqallaşdırmaqda təqsirləndirilən 35 şirkətin rəhbəri Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Fəqani Rəhimova 3 il sınaq müddəti olmaqla 5 il şərti cəza verilib.

Qeyd edək ki, o, külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.

Onun şirkətləri dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gəlib. İbtidai istintaqın sonunda onun barəsində həbs qətimkan tədbiri seçilib. F. Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. O, həmin vəsaitin 62 min 400 manatı həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırmaqda ittiham olunub.

Oxşar xəbərlər

Külli miqdarda mənimsəmədə təqsirləndirilən sahibkar ev dustaqlığına buraxılıb
206 min manat mənimsəməkdə ittiham olunan şirkət rəhbərinə hökm oxunub
400 min manat dələduzluqda ittiham olunan qadına hökm oxunub
Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədova hökm oxunub
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər