Dövlətə xəyanətdə ittiham olunan  Bəhruz Səmədova hökm oxunub
sizinxeber.az xəbər saytı

Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədova hökm oxunub


Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, o, 15 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqustun 21-də DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.

Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Dövlətə xəyanətdə təqsirləndirilən İvan Svetliçnıyə hökm oxunub 
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsi başlayıb
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun məhkəməsi başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle