Astarada 66 yaşlı kişi kəsici alətlə qətlə yetirilib
sizinxeber.az xəbər saytı

Astarada 66 yaşlı kişi kəsici alətlə qətlə yetirilib


Astarada qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Suparibağ kəndində qeydə alınıb.

Belə ki, avqustun 17-də saat 20:00 radələrində Astara rayonunun Suparibağ kəndinin ərazisində 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Şəxsi münasibətlər zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Göyçayda 39 yaşlı kişi kəsici alətlə qətlə yetirilib
Astarada 21 yaşlı gəlin qayınanasını qətlə yetirib
Abşeronda 38 yaşlı qadın qətlə yetirilib, dayısı saxlanılıb
Cəlilabad sakini qardaşı arvadını öldürüb - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər