Polis Maştağada xüsusi əməliyyat keçirib, pomidor istixanasında 881 kiloqram narkotik vasitə aşkarlanıb
sizinxeber.az xəbər saytı

Polis Maştağada xüsusi əməliyyat keçirib, pomidor istixanasında 881 kiloqram narkotik vasitə aşkarlanıb


Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat həyata keçirilib.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə Maştağa qəsəbəsində yerləşən bağ sahələrinin birində narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb.

Toplanan sübutlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub.

Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 35 yaşlı Rəşad Həsənov saxlanılıb. Həmin şəxsə məxsus istixanaya baxış zamanı yaş halda çəkisi 881 kiloqram 415 qram olan 2066 ədəd narkotik tərkibli çətənə kolu və 485 qram marixuana aşkarlanıb.

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və istixanada çətənə kollarının münbit şəraitdə yetişməsi üçün xüsusi damla-suvarma sistemi qurduğunu bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Həsənov saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Maştağada 1 tona yaxın çətənə kolu yetişdirilən istixana aşkarlanıb - VİDEO
Salyanda narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinənlər saxlanılıb
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb
Şəkidə çəkisi 126 kiloqram olan 397 ədəd çətənə kolu aşkarlanıb - FOTO
Ölkə ərazisində 31 kq-dan çox narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle