Anar Məmmədlinin məhkəməsi keçirilib
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən Anar Məmmədlinin vəkili Elçin Sadıqov məhkəmədə vəsatətlər qaldırıb.
Vəkil bir neçə sənədin sübutlar siyahısından xaric edilməsini istəyib. O, sənədlərdə olan imzaların müvəkkilinə aid olmadığını əsas gətirib.
Müdafiəçi, ümumiyyətlə, cinayət işinə xitam verilməsi barədə məhkəməyə vəsatət verib.
Hakim bildirib ki, vəsatət geniş həcmli olduğundan məhkəmə tərkibi tanış ola bilməyib. Prosesin təxirə salınması barədə qərar qəbul olunub.
Proses iyunun 30-da davam etdiriləcək.
Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
Anar Məmmədlinin məhkəməsi başlayıb
Anar Məmmədlinin məhkəməsi başlayır
Anar Məmmədlinin həbs müddəti uzadılıb
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












