Vəkillər Silahlı Qüvvələr Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər
sizinxeber.az xəbər saytı

Vəkillər Silahlı Qüvvələr Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər


Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardımla bağlı respublika ərazisində fəaliyyət göstərən vəkil qurumlarında "Açıq qapı" günü təşkil edilib.

Bu barədə "Sizinxeber.az"a Kollegiyadan məlumat verilib.

Bildirilib ki, "Pro Bono" Vəkil Bürosunda, Gəncə Regional Vəkil Bürosunda, Abşeron rayon Vəkil Bürosunda və Quba rayon Vəkil Bürosunda aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib.

Aksiya zamanı vətəndaşlar ailə hüququ, mülki mübahisələr, əmək münasibətləri, sosial təminatlar və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlərlə təmin ediliblər.

Həmçinin vəkillər tərəfindən sakinlərə hüquqlarının müdafiəsi yolları, mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar barədə izahatlar verilib, onlara zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub.

Oxşar xəbərlər

Ötən il bağlanan müqavilələr üzrə vəkillərə 27 milyon manatdan çox vəsait ödənilib
Şamaxıda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
Polis Akademiyasının rəisi: Vəkil və polis arasında əməkdaşlıq mövcuddur
Probasiya qeydiyyatında olan şəxslərə pulsuz hüquqi yardım göstərilib
Gürcüstanda soydaşlarımız üçün təmənnasız hüquqi yardım aksiyası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər