Bakıda MOK-un təşkilatçılığı ilə Olimpiya Gününə həsr olunmuş tədbir keçirilib
sizinxeber.az xəbər saytı

Bakıda MOK-un təşkilatçılığı ilə Olimpiya Gününə həsr olunmuş tədbir keçirilib


Bakıda Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə Olimpiya Gününə həsr olunmuş tədbir keçirilib.

"Report"un məlumatına görə, tədbirdə MOK rəsmiləri, Azərbaycan idmanının tanınmış simaları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə 1952-1992-ci illərdə Olimpiya Oyunlarında medallar qazanmış Azərbaycan idmançıları haqqında geniş məlumat verilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycanın ilk olimpiya çempionu, veteran cüdoçu Nazim Hüseynov çıxış edərək tədbirin əhəmiyyətindən və görülən işlərdən danışıblar.

Çıxışlardan sonra kəndirdartma, qaçış üzrə yarışlar keçirilib. Sonda qaliblər medal və diplomlarla mükafatlandırılıblar.

Oxşar xəbərlər

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası baş tutub
Milli Olimpiya Komitəsində qanvermə aksiyası təşkil olunub
Azərbaycan Milli Olimpiya Komitəsinin Hesabat-seçki Baş Məclisi keçirilib
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan idmançılarının keyfiyyətini itirən medalları ilə bağlı MOK-un müraciətinə cavab verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər