QMİ-dən vətəndaşlara XƏBƏRDARLIQ: Turizm vizası ilə Məkkəyə daxil olmaq QADAĞANDIR
"Ötən il olduğu kimi, bu il də bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə Həcc ziyarətinə aparmağa cəhd edirlər".
Sizinxeber.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, məlumatlara görə, 100-ə yaxın, bəlkə də daha artıq vətəndaşımız belə işbazların təşviqedici vədlərinə aldanaraq onlara çoxlu pul vəsaitləri ödəyiblər:
"Vətəndaşlara bir daha qəti şəkildə bildirmək istəyirik ki, Həcc vizası tamam fərqli vizadır, onu yalnız Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə əldə etmək olar, Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə nazirliyi tərəfindən qanuni səlahiyyət yalnız bu quruma verilib.
Turizm vizası ilə Həcc mövsümündə Məkkəyə daxil olmaq Krallığın qanunlarına ziddir, həmin turizm vizasının üzərində də bu qeyd edilib. Bu qanunu pozanları Krallığın hüquq-mühafizə orqanları tərəfindən yüksək cərimələr və həbslər, deportasiyalar və qara siyahıya düşmələr kimi ağır cəzalar gözləyir. Ötən ildən fərqli olaraq, bu qanunu pozana cərimə ikiqat artırılıb 10 min Səudiyyə riyalı (təxminən 2 700 ABŞ dolları) təyin edilib.
"Bizdə dəqiq məlumatlar var ki, keçən il çox sayda vətəndaşımız belə şirkətlərin qurbanı olub, Həcc arzusunda olan çox analarımız gözüyaşlı qalıb. Bir daha xəbərdarlıq edirik ki, vətəndaşlarımız belə işbazlara aldanmasınlar, özlərini yüksək maddi və mənəvi xəsarətə məruz qoymasınlar",- deyə Vüsal Cahangiri qeyd edib.
Oxşar xəbərlər
QMİ: Həcc mövsümündə turizm vizası ilə Məkkəyə daxil olmaq qadağandır
QMİ Həcc ziyarəti ilə bağlı xəbərdarlıq edib: 100-dən çox vətəndaş aldadılıb
QMİ-dən çağırış: Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlində yekunlaşacaq
Sabahdan Azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
