sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanda şəkər və qənd istehsalı 60 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 85,1 min ton şəkər və qənd istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 59,7 % çoxdur.
Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatların istehsalı 7 % artaraq 2 min 973,4 tona çatıb.
Mayın 1-nə Azərbaycanda 5,7 min ton şəkər və qənd, 61,1 ton isə şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 72,7 % çox və 46,2 % azdır.
Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycanda şəkər və qənd istehsalı 46 %-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda çay istehsalı 15 %-dən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kolbasa ehtiyatı 16 % azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda makaron istehsalı 2 dəfədən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kolbasa istehsalı təxminən 4 % azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













