Sabahdan bu marşrutun avtobusları yenilənir
sizinxeber.az xəbər saytı

Sabahdan bu marşrutun avtobusları yenilənir


Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 45 nömrəli şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar yenilənir.

Bu barədə Sizinxeber.az-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, mayın 13-dən sərnişinlərin xidmətinə veriləcək 7 ədəd İsuzu HC45 markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Qeyd edək ki, sərnişin tələbatı nəzərə alınaraq marşrutun hərəkət istiqamətində dəyişdirilərək son dayanacaq məntəqəsi metronun "Nəsimi" stansiyası təyin olunub.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

Oxşar xəbərlər

Sərnişinlərin NƏZƏRİNƏ: 104 nömrəli marşrutun avtobusları yenilənir
AYNA: Bakıda 165 nömrəli marşrutun avtobusları yenilənir
Bakıda 202 nömrəli marşrutun avtobusları yenilənir
92 nömrəli marşrutun avtobusları yenilənir
Kürdəxanını "8-ci km" bazarı ilə əlaqələndirən avtobuslar yenilənir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər