sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanda şəkər və qənd istehsalı 46 %-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 66,2 min ton şəkər və qənd istehsal edilib.
“Sizinxeber.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,5 % çoxdur.
Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatların istehsalı isə 0,8 % azalaraq 2 min 166,5 tona düşüb.
Aprelin 1-nə Azərbaycanda 13,1 min ton şəkər və qənd, 143,8 ton isə şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 7,4 % və 25,4 % çoxdur.
Xatırladaq ki, 3 ayda Azərbaycanda 1 milyard 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12,2 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycanda çay istehsalı 15 %-dən çox azalıb
Azərbaycanda kolbasa istehsalı təxminən 4 % azalıb
Azərbaycan süd məhsulları istehsalını azaldıb
Azərbaycan duru bitki yağı və marqarin istehsalını artırıb
Azərbaycanda kolbasa istehsalı 11 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













