“AzerGold”un sikkələri Honkonq Beynəlxalq Numizmatika Sərgisində təqdim olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
in
2025
16:30

“AzerGold”un sikkələri Honkonq Beynəlxalq Numizmatika Sərgisində təqdim olunub

23 in, 2025
16:30
209

“AzerGold”un sikkələri Honkonq Beynəlxalq Numizmatika Sərgisində təqdim olunub

Azərbaycanın qiymətli metallar sənayesi üzrə aparıcı dövlət şirkəti olan “AzerGold” QSC ölkəmizi növbəti dəfə beynəlxalq platformada uğurla təmsil edib.

Şirkətin qızıl və gümüş kolleksiyaları iyunun 20-22-də keçirilən 14-cü Honkonq Beynəlxalq Numizmatika Sərgisində ilk dəfə nümayiş olunub.

Bu beynəlxalq tədbir nadir sikkələr, qiymətli metallar, tarixi əskinas kolleksiyalarına dair dünyanın ən nüfuzlu sərgilərindən biri kimi tanınır. Hər il burada müxtəlif ölkələrdən dövlət zərbxanaları, numizmatika şirkətləri və kolleksiyaçılar iştirak edirlər.

6 min nəfərdən çox ziyarətçinin qatıldığı sərgidə təqdim edilən sikkələr Azərbaycanın zəngin tarixi və mədəni irsini əks etdirən dizaynı, yüksək keyfiyyəti ilə iştirakçı şirkətlər və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində “AzerGold”un stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında üçölçülü formatda ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi, İçərişəhərə, həmçinin Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, yeni nəsil “Bakı” gümüş sikkəsi, “Qarabağ kolleksiyası”na aid qiymətli məhsullar və digər tematik sikkələr yer alıb.

Sərgi çərçivəsində həmçinin regionun satış platformaları ilə birbaşa əlaqələrin qurulması, eləcə də distribusiya imkanları və əməkdaşlıq potensialının dəyərləndirilməsi məqsədi ilə Honkonqun qiymətli metalların satışı üzrə aparıcı şirkətlərindən olan “Precious Metals Asia”, o cümlədən “Kinesis” şirkətinin təmsilçiləri ilə işgüzar formatda görüşlər keçirilib.

Bizimlə əlaqə saxlayın