Azərbaycanda bu il qiymətli metallar və qiymətli daşlara dair daha 4 dövlət standartı qəbul ediləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda bu il qiymətli metallar və qiymətli daşlara dair daha 4 dövlət standartı qəbul ediləcək


Bu il Azərbaycanda “Qiymətli metallar”, “Qiymətli daşlar”, “Bank metalları”, “Əyarlama və damğalanma”, “Qiymətli daşların çeşidlənməsi və təsnifləşdirilməsi” sahəsi üzrə daha 4 dövlət standartının qəbul edilməsi nəzərdə tutulur.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” ictimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi Texniki Komitə 2021-ci il aprelin 30-da qiymətli metallar və qiymətli daşlar üzrə işlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, zərgərlik bazarının tənzimlənməsi üzrə standartların hazırlanması və təsdiq edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, "Azərbaycan Standartlaşdırma İnstitutu”, “Azərbaycan Zərgərlər Assosiasiyası” və “AzerGold” QSC-nin nümayəndələrindən ibarət olmaqla təsis edilib, bu sahədə 12 dövlət standartı qəbul edib.

Oxşar xəbərlər

Rövşən Əmircanov: “Azərbaycanda əyar nəzarətinin olmamasına görə bazarda kifayət qədər saxta zərgərlik malları mövcuddur”
Assosiasiya: Satışda olan zərgərlik məhsullarının 60-65 %-i Azərbaycan istehsalıdır
Assosiasiya: Qızıl bazarında bahalaşma bu ilin sonuna qədər davam edə bilər
Maliyyə Nazirliyinin bəzi vəzifələri ləğv edildi
Milli Məclisin iclası başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər