“AzerGold” QSC-nin qızıl və gümüş sikkə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayiş olunub
“AzerGold” QSC-nin qızıl və gümüş sikkə, eləcə də qızıl külçə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayişə çıxarılıb.
Qiymətli məhsullar İsveçrənin Sankt-Moritz şəhərində keçirilən qar polosu üzrə 40-cı dünya kuboku çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gətirilmiş Azərbaycan pavilyonunda sərgilənib.
Milli pavilyonda qonaqlar üçün Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” nəşrindəki foto və videomateriallar, eləcə də qədim çövkən oyununa dair müxtəlif nümayişlər, ölkəmizin müxtəlif milli brendlərinə məxsus məhsullar, Azərbaycanın görməli yerlərinə virtual səyahət imkanları təqdim edilib.
Azərbaycan qızılı və gümüşündən istehsal edilmiş sikkə və külçələr beynəlxalq sərgi iştirakçılarının böyük maraq göstərdiyi məhsullar sırasında olub. Pavilyonu ziyarət edənlərə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında 3D formatında ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” unikal qızıl sikkəsi, Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, yeni nəsil “Bakı” gümüş sikkəsi, eləcə də Qarabağ kolleksiyasına aid qiymətli məhsullar daxil olmaqla, Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən məhsullar barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, sərgi 24-26 yanvar tarixlərində keçirilib.
Oxşar xəbərlər
“AzerGold”un sikkə və külçə kolleksiyalarına tələbat artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AzerGold” Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AzerGold” tərəfindən 2000-ci xəlitə istehsal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DGK: Ötən il qanunvericiliyi pozan şəxslərdə 33,5 kq qızıl-zinət əşyaları aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












