Culfada kafedə ciddi nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb
sizinxeber.az xəbər saytı

Culfada kafedə ciddi nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb


Culfa şəhərində fəaliyyət göstərən kafedə ciddi nöqsanlar aşkar edilib.

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitar-gigiyenik qaydalara əməl olunmadığı məlum olub.

Eyni zamanda istifadə olunan bəzi məhsulların yararlılıq müddətinin bitdiyi, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.

Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Oxşar xəbərlər

Şahbuzda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Babək şəhərində ötən günlərdən qalmış dönəri təkrar emaldan sonra satan kafe aşkarlanıb
Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Şahbuz şəhərində yerləşən kafenin fəaliyyəti məhdudlaşdırılıb
“Su Səsi” restoranında nöqsanlar aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle