Dövlət Gömrük Komitəsi ötən ilin əvvəlindən bəri 2 tondan artıq narkotik vasitəni dövriyyədən çıxarıb
sizinxeber.az xəbər saytı

Dövlət Gömrük Komitəsi ötən ilin əvvəlindən bəri 2 tondan artıq narkotik vasitəni dövriyyədən çıxarıb


Dövlət Gömrük Komitəsi (DGK) 2025-ci il və 2026-cı ilin ilk beş ayı ərzində 2 tondan artıq narkotik vasitə aşkar edərək dövriyyədən çıxarıb.

Bunu "Sizinxeber.az" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, burada həm ağır tərkibli narkotiklər, həm sintetik narkotik maddələr, həm də nisbətən yüngül tərkibli narkotiklər müəyyənləşdirilib.

"Onların bir hissəsinin tranzit yolu ilə ölkəmizdən keçirilməsinə cəhd edilib və biz bunun qətiyyətlə qarşısını almışıq. Vurğulamaq lazımdır ki, narkotik vasitələrin gizlədilmə üsullarında müxtəlif texnoloji imkanlardan istifadə olunur. Cinayətkarlar elə vasitələrdən istifadə edirlər ki, gömrük əməkdaşları həmin üsulları aşkar edə bilməsinlər. Müxtəlif texnoloji avadanlıqların daxilində gizlədilməklə, bərk materialların içərisinə hopdurulmaqla və digər fərqli üsullarla törədilən cinayət əməlləri ilə qarşılaşırıq. Təbii ki, biz bunun qarşısını alırıq və almağa davam edəcəyik. Bu istiqamətdə narkotik qaçaqmalçılığı ilə bağlı cinayətlərin üzə çıxarılması üzrə intensiv işlər aparılır",- DGK-nın sədri qeyd edib.

Ş.Bağırov vurğulayıb ki, Dövlət Gömrük Komitəsi aksizli malların, tütün məhsullarının və spirtli içkilərin qanunsuz keçirilməsinə qarşı da mübarizə həyata keçirir: "Aparılan fəaliyyət nəticəsində 2025-ci ildə xeyli miqdarda tütün məhsulunun və spirtli içkinin qeyri-qanuni keçirilməsinin qarşısı alınıb. Rəqəmlərlə ifadə etdikdə, 5 milyon manatdan artıq dəyərdə bu kimi məhsulların qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Eyni zamanda dərman vasitələrinin qanunsuz keçirilməsi hallarına qarşı da ciddi mübarizə aparılır. Əfsuslar olsun ki, müxtəlif kanallar vasitəsilə xarici dövlətlərdən dərman vasitələrinin qeyri-qanuni gətirilməsi faktları baş verir və biz bunun qarşısını alırıq. Rəqəmlərlə ifadə etsək, son dövrdə 5 milyon manat dəyərində dərman vasitələrini qanunsuz dövriyyədən çıxarılıb. Burada qeydiyyatsız, keyfiyyəti məlum olmayan dərman vasitələrinin müxtəlif yollarla ölkəyə keçirilməsinə təşəbbüs göstərilib və biz bunun qarşısını almışıq. Bir sözlə, bu istiqamətdə çoxsaylı nəticələrimiz mövcuddur. Həmçinin 2025-ci il və 2026-cı ilin 5 ayı ərzində cinayət əməlləri ilə dövlətə vurulmuş 10 milyon manata qədər vəsaitin dövlət büdcəsinə ödətdirilməsi təmin edilib".

Müsahibənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.

Oxşar xəbərlər

DGK: Son iki ildə 2 tona yaxın narkotik vasitə, psixotrop maddələr aşkar edilib
Ötən ay 351 kq-dan çox narkotik dövriyyədən çıxarılıb
Dövlət Gömrük Komitəsi ötən ilin büdcə öhdəliyini 3,3 % artıq yerinə yetirib
Qarpız yükündə 110 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
Astara Gömrük İdarəsində uğurlu əməliyyat nəticəsində 103,3 kq narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər