Cərrah: 32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb
sizinxeber.az xəbər saytı

Cərrah: 32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb


Beyin cərrahı Pərvin Mirzəliyev 32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələblərinin pozulmadığını deyib.

"Sizinxeber.az"un məlumatına görə, cərrah sosial şəbəkədə "beynəlxalq tibbi protokollara əsasən ağır əməliyyat 12 saatdan artıq olmamalıdır" iradlarına münasibət bildirərkən qeyd edib ki, həmin əməliyyatda ölüm riski çox yüksək olub.

Onun sözlərinə görə, əməliyyata alınan 51 yaşlı sağ tərəfdə qanamış damar yumağı ilə “əməliyyat olunmazlar” siyahısına daxil olan pasiyent idi:

"Lakin ağır qanama səbəbindən vəziyyəti anidən pisləşdiyinə görə məcbur əməliyyat etməli olduq. Pasiyentin bütün ailə üzvləri həm rəsmi, həm də qeyri-rəsmi şəkildə bu barədə detallı məlumatlandırılıb".

P.Mirzəliyev əməliyyatı üç cərrahla birgə reallaşdırdığını qeyd edib:

"Əməliyyatın aparıcı cərrahı mən olsam da, prosesdə tək deyildim. Əməliyyatda 4 cərrah idik və proses 32 saatdan çox çəkib. Hər dörd-beş saatdan bir cərrahlar növbəli şəkildə yer dəyişib. Yəni, həmin əməliyyatı fasiləsiz mən etməmişəm".

O, həmçinin əməliyyatın uzun çəkməsinin səbəbini də açıqlayıb:

"Əməliyyat zamanı qanaxma olub və pasiyentə 10-dan artıq qan köçürülüb. Hətta əməliyyat sırasında anestezioloqlar pasiyentin təzyiqinin normallaşması üçün fasilə edilməsini deyib. Bu kimi əməliyyatlar elə bil prosesdir ki, qanama riski çox yüksəkdir və heç bir halda əməliyyatı yarımçıq qoymaq mümkün deyil. Ona görə burada saatın heç bir önəmi yoxdur. Əsas nəticədir".

Oxşar xəbərlər

TƏBİB Göyçayda əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqlayıb - YENİLƏNİB
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
Tibb Universitetinin dosenti vəfat edib
Burun əməliyyatından sonra komaya düşən Nəzrin vəfat etdi
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle