sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş başa çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, Rusiya-Çin yüksək səviyyəli danışıqları ümumilikdə təxminən 7,5 saat davam edib.
Putin və Si Cinpin mətbuat qarşısına çıxıblar və təntənəli şəraitdə iki birgə bəyanat imzalayıblar. Nümayəndə heyətləri həmçinin dövlətlərarası saziş daxil olmaqla sənədlər paketinə imza atıblar.
Çin lideri təkbətək və geniş tərkibdə keçirilən danışıqlardan, eləcə də çay süfrəsi arxasında keçirilən qeyri-rəsmi söhbətdən sonra Kremlin binasını tərk edib.
Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Rusiyada dörd günlük rəsmi səfərdədir.
Oxşar xəbərlər
Putin-Cinpin danışıqları 7 saatdan çox davam edib
Putin və Cinpin danışıqların yekunu üzrə sənədlər paketi imzalayıblar
Lavrov: Putin və Si Cinpin arasında görüşlər Rusiya-Çin münasibətlərinə xüsusi təkan verir
Vladimir Putin Si Cinpinlə danışıqlar aparacaq
Putin Trampın xüsusi elçisi ilə görüş keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













