Füzulidə satılmağa aparılan 120 kq yararsız ət aşkarlanıb - BİRGƏ ƏMƏLİYYAT
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin müfəttişləri DİN-in Füzuli RPŞ-nin əməkdaşları ilə birgə Füzuli rayonu, Alxanlı postunda Qurbanov Yavər Tapdıq oğluna məxsus 10 FS 804 dövlət qeydiyyat nişanlı "Gaz 031-02" markalı avtomobilə baxış keçirib.
Yoxlama zamanı avtomobilin yükdaşıma hissəsində ümumi çəkisi 120 kq istehlaka yararsız iribuynuzlu heyvan əti aşkarlanıb. Ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən edilib.
Vətəndaş izahatında ətin özünə məxsus olduğunu, iribuynuzlu heyvanı tələf olduğu üçün Xocavənd rayonu, Qırmızı Bazar ərazisində kəsdiyini və Beyləqan rayonuna aparmaq istədiyini bildirib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, ətlər soyuducu anbarda saxlanca yerləşdirilib, laborator nümunə götürülüb.
Oxşar xəbərlər
“Keşlə” bazarında istehlaka yararsız 800 kq-a yaxın balıq məhsulu aşkarlanıb
Lökbatanda 100 kq at əti aşkarlanıb
İstehlaka yararsız 227 kq at əti aşkarlanıb
Şərurda ölmüş heyvan ətinin satılmasının qarşısı alınıb - FOTO
İstifadəyə yararsız ət məhsulunun dövriyyəsinin qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
-
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib
