Lökbatanda 100 kq at əti aşkarlanıb
Lökbatan qəsəbəsində reyd zamanı istehlaka yararsız ət aşkarlanıb.
Bu barədə "Sizinxeber.az"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, AQTA-nın Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Qaradağ rayonu, Lökbatan qəsəbəsində avtomobilin yük hissəsində daşınma zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena tələbləri pozulan 100 kq mənşəyi məlum olmayan ət aşkarlanıb.
Baxış zamanı ətlərin baytarlıq ekspertizasından keçmədiyi, baytarlıq müşayətedici sənədi olmadığı və orqanoleptik göstəricilərinə görə normativ sənədin tələblərinə cavab vermədiyi məlum olub.
Ətlərdən götürülən nümunələrin laborator müayinəsi nəticəsində At DNT-si müəyyən edilib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb və ətin dövriyyədən çıxarılması təmin edilib.
Oxşar xəbərlər
İdxal olunan baytarlıq preparatının tələblərə cavab vermədiyi aşkarlanıb
Sumqayıtda un məmulatları müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb
“Su Səsi” restoranında nöqsanlar aşkarlanıb
Türkmənistandan gətirilən pomidorda virus aşkarlanıb, məhsul partiyası məhv edilib
Buzovnada dönər emalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














