Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
sizinxeber.az xəbər saytı

Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 8 yanvar 2025-ci il tarixində keçirdiyi mətbuat konfransında Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edən və məzmunca ziddiyyətli bəyanat verib.

Sizinxeber.az xəbər verir ki, bu barədə
Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

"Bir daha vurğulayaq ki, Ermənistan hökumətinin Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışması və “Qərbi Azərbaycan” ifadəsinə irad tutması tamamilə əsassızdır. “Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən termindir. İcma Ermənistanın ərazi bütövlüyünə hörmət etdiyini və qayıdışa sülh yolu ilə nail olmaq istədiyini dəfələrlə bildirib.

A. Mirzoyanın Baş nazir Nikol Paşinyanın 2023-cü ilin iyul ayının 25-də verdiyi bəyanatında olduğu kimi, azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və onlara “kompensasiya ödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialar ilə bağlı aşağıdakıları bildiririk:

Əvvəla, qeyd edilməlidir ki, kompensasiya hüquq pozuntusunun və itkilərin baş vermiş olmasının etirafı mənasına gəlir ki, bu da könüllü tərk etmə iddiası ilə ziddiyyət təşkil edir. Əgər yüz minlərlə insanın cəmi iki həftə ərzində öz evlərini qışın soyuğunda kütləvi şəkildə həqiqətən könüllü şəkildə tərk edibsə, onda onlara niyə “təzminat” təklif edilib?

İkincisi, biz Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat aldıqları barədə iddianı qəti şəkildə təkzib edirik.

Nəhayət, Ermənistan hökuməti bilməlidir ki, insanlar öz vətənlərini hansı şəkildə tərk etmələrindən asılı olmayaraq, qayıdış hüququna malikdirlər və Ermənistan hökuməti Qərbi azərbaycanlıların qayıdışına imkan verməməklə insanlıq əleyhinə cinayət törədir”, - bəyanatda deyilir.

Oxşar xəbərlər

Qərbi Azərbaycan İcması Paşinyana cavab verib: Ermənistan hökumətindən qayıdış hüququmuza hörmət etməyi tələb edirik
İcma Ermənistandan azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edib
Şamil Ayrım: Türkiyə qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq çağırışını sona qədər dəstəkləyəcək
Qərbi Azərbaycan İcması Kamala Harrisin açıqlamasıyla bağlı bəyanat yayıb
Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu: Paşinyanın Qərbi Azərbaycan və “Qərbi Ermənistan” arasında paralel aparmaq cəhdi qəbuledilməzdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər