Qərbi Azərbaycan İcması Kamala Harrisin açıqlamasıyla bağlı bəyanat yayıb
Qərbi Azərbaycan İcması ABŞ-nin vitse-prezidenti Kamala Harrisin erməni icmasının Qarabağa qayıtması ilə bağlı açıqlamasına münasibət bildirib.
APA icmanın mətbuat xidmətinə istinadən həmin bəyanatı təqdim edir:
"ABŞ-nin vitse-prezidenti Kamala Harris, prezidentliyə namizəd qismində, Amerikanın erməni icmasına ünvanlandığı müraciətdə “Dağlıq Qarabağ”dan olan ermənilərin qayıtmaq hüququna istinad edib.
İlk növbədə, qeyd edək ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı bölgə yoxdur. Separatçılıq və işğalla assosiasiya olunan bu terminin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.
Bundan əlavə, ABŞ vitse-prezidentinin qayıdış hüququna yalnız etnik ermənilər üçün istinad etməsi ayrı-seçkilik xarakteri daşıyır. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ ədalətin və davamlı sülhün bərqərar olunması üçün zəruri şərtdir. Vitse-prezidentin Qərbi azərbaycanlıların qayıdış hüququnu görməzdən gəlməsi sülhə kömək etmir və yanlışdır.
Biz vitse-prezident Harrisə müraciət edərək, onu Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyə və qayıdış hüququ məsələsində etnik və ya dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyə yol verməməyə çağırırıq."
Oxşar xəbərlər
İcma: Kamala Harrisin Qərbi azərbaycanlıların qayıdış hüququnu görməzdən gəlməsi sülhə kömək etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamala Harris vitse-prezident postuna namizədini müəyyənləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: OPEC Harrisin seçilməsi ümidilə neftin qiymətlərini aşağı salır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamala Harris Trampa qarşı mübarizə aparmağa hazır olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamala Harris seçki kampaniyasını TikTok-a daşıyıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












