Məhəmməd Muxtar əl-Xəlil: Süni intellekt stereotiplərin və diskriminasiyanın mənbəyi olmamalıdır
İslama qarşı qərəzli yanaşmanın aradan qaldırılması üçün süni intellektin inkişafında istifadə olunan təlim məlumatlarını diversifikasiya etmək lazımdır.
"Report" xəbər verir ki, bunu "Əl-Cəzirə" (Qətər) Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Muxtar əl-Xəlil “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, məhdud mənbələr üzərində təlim keçmiş süni intellekt sistemləri İslam və müsəlmanlara qarşı qərəzli yanaşmanı təkrarlamağa və hətta gücləndirməyə meyllidir.
Muxtar əl-Xəlil vurğulayıb ki, süni intellektin inkişafı ilə bağlı yanaşmalar yenidən nəzərdən keçirilməsi və təlim materiallarına müsəlman cəmiyyətləri, onların mədəniyyəti, dəyərləri haqqında daha geniş və obyektiv təsvirlərin daxil edilməsi vacibdir.
"Süni intellekt stereotiplərin və diskriminasiyanın mənbəyi yox bəşəriyyətin xeyrinə xidmət edən qabaqcıl bir alət olmalıdır", - o qeyd edib.
Oxşar xəbərlər
Qətər Media Mərkəzinin direktoru: İslamla bağlı məlumatlar süni intellekt sistemlərinə də yüklənilməlidir
Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellekt tətbiq ediləcək
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
II Şuşa Qlobal Media Forumunun üçüncü günü: Süni intellekt və KİV
Azərbaycan WEF ilə birgə enerji sahəsində süni intellektin tətbiqi layihəsini həyata keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb












