Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və Azərbaycan Respublikasının bütün vətəndaşlarını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Sizin quruculuq səyləriniz sayəsində Azərbaycan bu gün sürətlə inkişaf edən iqtisadiyyatı, vətəndaşların həyat səviyyəsinin davamlı şəkildə yüksəlməsi, beynəlxalq aləmdə əldə etdiyi mühüm nailiyyətlər ilə haqlı olaraq fəxr edir.
Minsk-Bakı strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə zəmanət verən hökumətlər, parlamentlər və regionlar arasında sistemli əməkdaşlıq, müntəzəm təmaslarımız buna bariz sübutdur. Bu münasibətlər hər iki dövlətin maraqlarına cavab verir.
Əminəm ki, Belarus-Azərbaycan əməkdaşlığı dostluq və qarşılıqlı anlaşma ənənələri əsasında bundan sonra da fəal şəkildə inkişaf edəcəkdir.
Bu bayram münasibətilə Sizə və ailənizə cansağlığı, rifah, bütün azərbaycanlılara isə əmin-amanlıq və tərəqqi arzulayıram".
Oxşar xəbərlər
Lukaşenko da İlham Əliyevlə əlaqə saxladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkmənistanın Prezidenti İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












