Coş Barnett: "Bakı-Xankəndi" velosiped yarışını ömrümün sonunadək xatırlayacağam"
İspaniyanın "Burqos" komandası "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışına yaxşı hazırlaşıb.
"Sizinxeber.az"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə yarışın V mərhələsinin qalibi olan Coş Barnett mətbuat konfransında deyib.
Yeni Zelandiyadan olan idmançı həftənin əvvəlindən yaxşı hazırlaşdıqlarını söyləyib:
"Komanda olaraq turnirə yaxşı köklənmişdik. Bu gün vəziyyətdən asılı olaraq bir-birimizi önə keçirməyə çalışırdıq. Mənim qalib gəlməyimdə əsas bu rol oynadı. Çünki komandamız birlikdə çalışırdı. Yarış zamanı düzgün mövqedə yerləşməyimiz uğura gətirib çıxardı. Bəzi komanda üzvləri ön plana çıxmasalar da, qalibiyyətdə pay sahibi oldular".
Velosipedçi peşəkar karyerasında ilk qələbəsini qazandığını söyləyib:
"Bu qalibiyyəti ömrümün sonuna kimi xatırlayacağam. Çünki ilklər yaddan çıxmır".
Qeyd edək ki, "Burqos" komandası ümumi hesabda "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının qalibi olub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Turnirin mükafat fondu 50 000 avrodan çoxdur.
Oxşar xəbərlər
"Bakı–Xankəndi" velosiped yarışının qalibi Yevgeni Fyodorov: "Birinci olmağım o qədər də önəmli deyildi"
Bakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur
Sahib Ələkbərov: "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışına maraq yüksək səviyyədədir"
Qleb Suritsa "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
