Avropa Şurası: Bakı və İrəvanla müntəzəm əlaqələr saxlayırıq
sizinxeber.az xəbər saytı

Avropa Şurası: Bakı və İrəvanla müntəzəm əlaqələr saxlayırıq


Avropa Şurası Azərbaycan və Ermənistan rəsmiləri ilə müntəzəm əlaqələr saxlayır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Avropa Şurasının mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, təşkilatın baş katibi Alen Berse İrəvana səfər edəcək.

"Hər iki ölkə ilə müntəzəm əlaqələrimiz var. 2024-cü ilin noyabrında Avropa Şurasının baş katibi Alen Berse Azərbaycanda olub. Gələn ay o, Ermənistana səfər edəcək", - təşkilatdan qeyd ediblər.

Xatırladaq ki, mayın 16-da Tiranada “Avropa Siyasi Birliyi”nin sammitindən əvvəl A.Berse Avropa Şurasında Cənubi Qafqazdakı vəziyyətin inkişafını izlədiklərini bildirib.

Oxşar xəbərlər

Avropa Şurasının Baş katibi Türkiyəyə səfər edəcək
Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib
Avropa Şurasının Baş katibi Gürcüstana gedəcək
Avropa Şurasının baş katibi Bakı və İrəvanla sülh sazişinin imzalanması məsələsini müzakirə etməyi planlaşdırır
Paşinyan və Berse Azərbaycanla sülh müqaviləsi məsələsini müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər