Avropa Şurasının baş katibi Bakı və İrəvanla sülh sazişinin imzalanması məsələsini müzakirə etməyi planlaşdırır
Avropa Şurasının (AŞ) baş katibi Alen Berse yaxın zamanda Azərbaycan və Ermənistan rəhbərliyi ilə sülh sazişi məsələsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır.
“Sizinxeber.az”un Albaniyaya ezam olunmuş müxbirinin məlumatına görə, o, bunu Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa Şurası Cənubi Qafqazda vəziyyətin inkişafını izləyir.
Berse hər iki ölkə ilə fəal şəkildə əlaqə saxladığını və bu yaxınlarda Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladıb.
"Bakı və İrəvan arasında sülh danışıqları böyük əhəmiyyət kəsb edir. Gələn ay həm Ermənistan, həm də Azərbaycanla danışıqlar aparmağı planlaşdırıram. Regionda davamlı sabitlik üçün ən yaxşı həllərə nail olmaq məqsədilə birlikdə işləməliyik", - o qeyd edib.
Oxşar xəbərlər
Avropa Şurasının baş katibi: Bu gün Ukraynada davamlı sülh zəruridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan və Berse Azərbaycanla sülh müqaviləsi məsələsini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan Aİ-nin baş katibi ilə Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyevin Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Antalyada Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













